Dənizkənarı Milli Parkdakı yeraltı keçidlərdə eskalatorların işləməməsi şəhər sakinlərinin gediş-gəlişinə əngəl törədib.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən şikayət daxil olub.
Söhbət metronun “Sahil” stansiyasının yaxınlığındakı yeraltı keçiddən gedir. Şəhər sakinləri eskalatorların işləmədiyini bildirirlər:
“Gediş-gəliş çox çətindir. Müxtəlif yaş kateqoriyasında olan insanlar var. Yaşlılar, uşaqlı analar, hamilə qadınlar o pilləkənləri çıxmaqda çətinlik çəkirlər. Heç bir eskalator işləmir. Səbəbini də bildirmirlər. Sanki belə də lazımdır”.
www.102info.az