Bakıda “Amazon” şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb

Cəmiyyət

Bakıda “Amazon” şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb.

“Report”un məlumatına görə, hadisə yanvarın 14-də paytaxtın Yasamal rayonu, F.İbrahimbəyov küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan “Amazon” internet şirkətində çalışan Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Bedirhan Tanış Şinasi oğlu evdən işə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir