Naxçıvan şəhərində kirayədə yaşayan daha 2 tələbə qız dəm qazından zəhərlənib.
APA xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri stabildir.
Faktla bağla araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 14-də Naxçıvanda üç tələbə qız dəm qazından zəhərlənib.
www.102info.az