Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “KamAZ” markalı yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1980-ci il təvəllüdlü Mahir Yusubovu vurub. Piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az