Masallıda 13 yaşlı qız özünü məktəb binasından atdı

Cəmiyyət

Masallıda doqquzuncu sinif şagirdi intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, hadisə Masallı şəhər 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, qız məktəbdə sinif yoldaşı ilə mübahisə edib və özünü üçüncü pəncərədən atıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində baş verib:

“Masallı şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi F.M. məktəbin 3-cu mərtəbəsinin pəncərəsindən özünü atıb və müxtəlif bədən xəsarətləri alıb. Bununla bağlı müvafiq orqanlara məlumat verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsini əməkdaşları hadisə yerində olublar. Hazırda uşaq Masallı Rayon Mərkəzi Xəstəxanasındadır və vəziyyəti stabildir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə saytımızdan qeyd edilib ki, 2008-ci il təvəllüdlü şəxs (cinsi qadın) saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir