Polis Akademiyasının kursantı vəfat etdi

Cəmiyyət

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantı vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, akademiyada əyani təhsil alan 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib:

“Müalicə aldığı xəstəxanada həyatını itirib”. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir