Əməkdar artist Vahid Əliyev sabah xəstəxanadan evə buraxılacaq.
Bunu APA-ya açıqlamasında aktyorun həyat yoldaşı Tamilla Əliyeva deyib.
“Əməliyyatı uğurlu keçib, hazırda Mərkəzi Klinik Xəstəxanadadır, müalicəsi davam edir, səhhətində problem yoxdur. Sabah, inşallah, xəstəxanadan evə buraxılması gözlənilir”, – o vurğulayıb.
Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.
www.102info.az