Bakıda “Ukrayna dairəsi” kimi tanınan ərazinin yaxınlığındakı yerüstü keçiddə problem yaranıb.
Bununla bağlı tanınmış jurnalist Elşad Paşasoy sosial şəbəkə hesabında paylaşım edib.
“Dövlət o boyda xərc çəkib, “Ukrayna dairəsi” yaxınlığında bu boyda yerüstü keçid tikib, sağ olsun! Yaxşı, keçidin ortasında bu deşiyi kim açıb ki, böyük-kiçiyin ayağı qırılsın? Müdrikcəsinə bir taxta parçası da qoyublar. Biganəlik. Paylaşdım ki, təcili tədbir görülsün, kimsə xəstəxanalıq olmasın”, – deyə jurnalist qeyd edib.



www.102info.az