Şamaxı sakinlərindən narkotik və beş ədəd tüfəng götürülüb – FOTO

Cəmiyyət

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı müxtəlif növ narkotik vasitələrin satışında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Babək Nuriyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın qurudulmuş marixuana, 400 qramdan artıq tiryək və 167 qram heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha üç nəfər – Orxan Abuşov, Tacəddin və Rəşid Mustafayevlər – saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı O.Abuşovdan heroin, T.Mustafayevdən marixuana və R.Mustafayevdən tiryək aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktlarla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə rayon sakinləri –  Radil Orucov, Səfər Qaydarov, Ramin Qarayev, İsmət Zeynallı və Əlvan Cəbrayılovdan müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir