Tanınmış filoloq, professor Seyfəddin Qəni vəfat edib.
Oxu.Az-ın məlumatına görə, filologiya elmləri doktoru S.Qəni ötən gün xəstəlik səbəbindən 71 yaşında dünyasını dəyişib.
Yazıçılar və Aşıqlar Birliyinin üzvü olan S.Qəninin son iş yeri Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri vəzifəsi olub.
O, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
www.102info.az