Qaradağda piyadanı avtomobil vurub

Cəmiyyət

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yolu keçən 1984-cü il təvəllüdlü Məmmədov Bəylər Füzuli oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az