Uçuq daxma, 40 yaşlı xəstə övlad, çörək üçün dilənmək və 10 ildir davam edən zülm – FOTOREPORTAJ

Cəmiyyət

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində milliyyətcə rus olan 60 yaşlı Azərbaycan vətəndaşı 10 ildir xəstə oğlu ilə birlikdə baxımsız vəziyyətdə olan daxmada yaşayır. 

Yelena adlı xanımın 40 yaşlı oğlu xəstəliklə əlaqədar köməksiz qalıb və hərəkət edə bilmir. Onların bu illər ərzində evsiz qalma səbəbi isə Yelenanın bacısının onları evdən qovması olub. Həmin şəxs daha sonra evi satıb.

Onlar küçəyə atıldıqdan sonra Hövsana gələrək bu uçuq tikilidə məskunlaşıblar. Məsələnin ironiyalı tərəfi odur ki, onlar işığı, qazı, suyu – bir sözlə heç bir şəraiti olmayan daxmada kirayə qalırlar və uzun müddətdir tikilinin sahibi onlardan buranı tərk etmələrini tələb edir. Lakin ailənin getməyə başqa yeri yoxdur.

Yaşlı ananın sözlərinə görə, onlar dilənərək dolanırlar, bəzən də qonşular köməklərinə çatırlar. Amma Yelena artıq bu həyatdan bezib. Onun hazırda yeganə istəyi yeməyə isti çörək və yaşamaq üçün suyu, qazı olan kiçik bir evdir. 

Ailə aidiyyəti qurumların onlara əl tutmasını xahiş edir. 

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir