Ali Məhkəmədə bacısını və onun sevgilisini bıçaqlamaqda təqsirləndirilən Sadiq Sadıqov barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Sadiq Sadıqov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Yasamal rayonu ərazisində 27 yaşlı Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan sevgilisi 24 yaşlı İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Araşdırma zamanı hadisəni 25 yaşlı Sadiq Sadıqovun törətdiyi məlum olub. Sadiq bacısının bu münasibətindən razı olmayıb və etiraz edib. Bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə olub.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.
Məhkəmə istintaqı dövründə zərərçəkənlər Sadiq Sadıqovu bağışlamışdı.
www.102info.az