“Məktəblinin dostları təkcə Bakıda deyil, Sumqayıt və Abşeronda da fəaliyyət göstərirlər”.
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, “Məktəblinin dostu” layihəsi məktəblilərin təhlükəsizliyini təmin etmək üçün yaradılıb:
“Əsas məqsəd məktəbdə təhlükəsizliklə bağlı tədbirlərə dəstək olmaqdır. Məktəblinin dostlarından bir nəfər kamera görüntülərinə nəzarət edir, digərləri isə münaqişə olan zaman dərhal müdaxilə edib, yardım göstərirlər”.
R.Ağayev qeyd edib ki, ümumilikdə 400-ə yaxın məktəblinin dostu var var:
“Biz ilkin olaraq 30 məktəbdə “Məktəblinin dostu” layihəsinə başlamışdıq. Artıq bu layihə ümumilikdə 220 məktəbi əhatə edir. Bu da 4000 min şagirdin təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bakıda bu layihənin 112 əməkdaşı var. Regionlarda da tətbiq edilməsini planlaşdırırıq”.
Nəzrin Vahid
www.102info.az