Salyanda yolun üzərində uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az