Avtomobilin üç ay əvvəl vurduğu körpə xəstəxanada öldü

Cəmiyyət

Mingəçevirdə avtomobilin vurduğu 3 yaşlı uşaq üç ay sonra ölüb.

APA xəbər verir ki, ötən ilin oktyabrın 5-də Tural Şükürov idarə etdiyi VAZ-2112 markalı avtomobil 2020-ci il təvəllüdlü Elgün Kərimovu vurub.

Azyaşlı aldığı xəsarətlərdən Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Elgün Kərimov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az

Spread the love