Həkim-infeksionist: “Qrip virusu hamilə qadınlarda ağırlaşma riski yarada bilər” – AÇIQLAMA

Cəmiyyət

“Xroniki və digər yanaşı xəstəliyi olanlar qrip virusunu daha ağır formada keçirirlər”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, hamilə qadınlara da peyvənd vurula bilər:

“Havalar kəskin dəyişdiyi üçün qrip virusu geniş yayılıb. Bəzilərində hərarət bir neçə gün davam edir. Xroniki və digər yanaşı xəstəliyi olanlar, həmçinin hamilə qadınlar xəstəliyi ağır formada keçirirlər. Bu şəxslər zamanında peyvənd olunmaldırlar. Hamilə qadınlar da peyvənd vurdura bilərlər. Bunun heç bir fəsadı yoxdur.”

V.Əliyev qeyd edib ki, hamiləlikdə xəstəliyin ağırlaşma riski var:

“Bu günə qədər aparılan araşdırmalardan görürük ki, hamilə qadınlar da xəstəliyi rahatlıqla keçirirlər. Xəstəliyin uşağa mənfi təsirləri qeydə alınmayıb. Hamiləlikdə ağırlaşma hallarının olması riski var. Eyni zamanda döl üçün də təhlükə ola bilər. Lakin bilavasitə olaraq dölə mənfi təsiri qeydə alınmayıb”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir