15 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 18 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
İsmayılov Aqşin Tapdıq oğluna məxsus şərab evi |
Xətai rayonu, Q.Nəbi küç., ev 9 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
“İran Nemətləri” mağazası |
Xətai rayonu, Q.Nəbi küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
“Sənan” market |
Abşeron rayonu, Saray qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
“Təklə” market |
Qobustan şəhəri, Təklə kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
Ağalarov Fariz Ağarza oğluna məxsus market |
Qobustan rayonu, Çuxanlı kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
“Sünbül” market |
Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi 4 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 |
“Seyid” market |
Bərdə rayonu, Güloğlular kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
Əlicanova Gültəkin Zakir qızına məxsus ərzaq mağazası |
Zaqatala şəhəri, Əliabad qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
“Dokta” aptek |
Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
“Dokta” aptek |
Şəmkir şəhəri, S.Qazıyev küçəsi 27 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
11 |
“Paşa” restoranı |
Xətai rayonu, Q.Nəbi küç., ev 4 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
“Mətin” şadlıq evi |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., M.Davudoğlu küç., ev 17 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
13 |
“Qafqaz” restoranı |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., M.Davudoğlu küç., ev 1Q |
Ev şəraitində hazırlanan məhsulların satışı |
14 |
“Millenium” şadlıq evi |
Binəqədi rayonu, M.Cəlal küç., ev 60B |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
“Bəy Quzu” kafesi |
Binəqədi rayonu, M.Davudoğlu küç., ev 1K |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
www.102info.az