Rza Talıbov sərəncama götürülüb? – AÇIQLAMA

Cəmiyyət

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılaraq, sərəncama götürülməsi ilə bağlı ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

DMX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlar yalandır:

“Onunla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad və sərəncama götürülməsi ilə bağlı xəbərlər yayılır. Eyni zamanda, Rza və Seymur Talıbov qardaşlarının biznes məqsədi ilə Türkiyə qısa səfər etməsi ilə də bağlı məlumatlar var.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir