Gədəbəydə dörd nəfər dəm qazından zəhərləndi

Cəmiyyət

Gədəbəy rayonunda dörd nəfərin dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

“Report”un məlumatına görə, Gədəbəy rayon sakinləri – 1993-cü il təvəllüdlü Mehdi Quliyev və 2001-ci il təvəllüdlü Leyla Abbasova Yenikənd kəndində, 1998-ci il təvəllüdlü Bahar Şirinova və 1950-ci il təvəllüdlü Qənirə Şirinova isə Şınıx kəndində yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir