Paytaxtda 49 yaşlı qadını qonşuları döydülər

Cəmiyyət

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1974-cü il təvəllüdlü Piriyeva Dilşad İman qızı qonşuları tərəfindən döyülüb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az