İmişlidə 15 yaşlı futbolçu faciəli şəkildə öldü

Cəmiyyət

İmişlidə 15 yaşlı futbolçu faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli” futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir