Kəmaləddin Heydərov Naxçıvana nazir təyin edilmiş şəxsin vəzifələrini kimi tapşırıb?

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir