Şeyx İran barədə: “Sən demə qardaşın başqa qardaşı da varmış”

Cəmiyyət

“Mən qardaşımdan bunu gözləmirdim. Sən demə qardaşın başqa qardaşı da varmış”.

Oxu.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib.

O, İranın səhv yoldan dönəcəyinə ümid bəslədiyini vurğulayıb:

“Biz onlara qardaş deyirik. Çünki biz İranı belə tanıyırdıq. Gördük ki, bu qardaşın başqa qardaşı da var imiş. Biz ögey qardaşı imişik. Mən elə bilirəm ki, onlar səhvlərini başa düşərlər. Onlar başa düşərlər ki, bu, islam tarixində də böyük səhvdir. Ümid edirəm ki, səhvlərini başa düşüb qayıdacaqlar.

Yenə də qonşu dövlətdir. Şeyx kimi istərdim ki, bütün dövlətlərlə münasibətlərimiz yaxşı olsun. Eyni zamanda, İranla da. Amma İran bu addımları atmamalıdır. Bizə qardaş deyəndə yalandan deməməlidir”.

Sayad Həsənli 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir