Füzuli rayonunun Aşağı Rəfədinli kəndi Pirəhmədli inzibati ərazi vahidində, Araz çayının sol sahilində, düzənlikdə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 22-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Rəfədinli kəndinin görüntülərini təqdim edir.
www.102info.az