Harun Məhəmməd oğlu Alqayev gündəlik həyatında haqqın , düzgünlüyün,mərhəmətin və sadəliyin tərafdarı olan bir insan idi. Bir kəşfiyyatçının olmalı olduğu bütün keyfiyyətlər Harunda cəmləşirdi. İşinin peşəkarı idi. Buna sübut olaraq onun erməni və rus dillərini mükəmməl öyrənməsi, idarə etdiyi dronla çəkiliş etmək üçün hətta başqa hərbi hissələrə çağrılması idi. O elə bir insan idi ki, bunu da bacarmadım , bacarmıram sözü onun üçün yox idi. 2015-ci ildən leytinant rütbəsi alaraq Goranboy rayonunda n saylı hərbi hissədə kəşfiyyat tağım kamandiri kimi çalışmışdır.2016-cı ildən həmin hərbi hissənin müşaidə kəşfiyyat tağım kamandiri vəzifəsinə layiq görülmüşdür və bu müddətdə dəfələrlə işğalda olmuş torpaqlarımıza keçərək məlumat öyrənmiş və düşmənin bütün gizli hərbi sirlərini üzə çıxarmağı bacarmışdır. Ölkəmiz üçün çox güclü yazılı və çəkiliş məlumatları hazırlamışdır. 2018-ci ildə baş leytinant rütbəsini almışdı. Əsgərləri ona tək bir kamandir kimi yox bir böyük qardaş kimi hörmət qoyurdu. Əsgəri olan Rəvan Səbzəliyevin verdiyi məlumata görə əsgərlərini ruhlandırmaq məqsədilə onlarla keçirilən məşq hazırlıq zamanı cibində olan 20 AZN pulu tapşırığın öhdəsindən gələn əsgərinə verəcəyini demiş ve həmin tapşırığın öhdəsindən gələn Səbzəliyev Rəvan adlı əsgərinə vermiş, özü isə cibində başqa pul olmadığından borc götürərək evinə qayıdan bir kamandir idi Harun. Həmin hərbi hissədə olan onu tanıyan tabeçiliyində olan və olmayan yaşıdları belə onun haqqında böyük qardaşımızı itirdik deyə fikirlərini bildirmişdilər. Çünki o insan heç bir insanı çətində darda qoymazdı. Zabit yoldaşları onun haqqında Goranboyun vuran ürəyi ,vuran əli idi deyirdilər. Postda olan əsgərləri üçün qardaşına evlərində olan odun hazırlamaq üçün lazımi kəsici aləti göndərtdirən və həmin ili qışı keçirmək üçün əsgərləri ilə birlikdə 6 maşın odun hazırlıyaraq bütün yüksəkliklərdə olan postlara paylamış bir insan idi Harun. O əsgərlərini öz qardaşından ayırmazdı, hətta onlar üçün Goranboy rayonu ərazisində 200 metr yüksəklikdə olan postlardan birinin yanında 1 otaqlı yataqxananı özü şəxsən düzəltmişdi ki, əsgəri növbətçi xidmətindən çıxanda həmin dağı aşağı düşüb istirahət ,yuxu vaxtını aşağıdakı yataqxanada keçirməyə məcbur olmasın. Düzgün olan zəifin yanında, haqsız olan güclünün qarşısında olmaq onun xarakteri idi, həyata baxış idi. Hətta Azərbaycan ali hərbi məktəbində oxuduğu zamanlarda belə onun yoldaşları məzuniyyət albomuna həmişə bizə arxa dayaq olmusan haqqın tərəfində olmusan həmişə belə qal deyə fikirlərini bildirmişdilər. 2020-ci il mart ayında kəşfiyyat bölüyünün kamandiri vəzifəsinə layiq görülmüşdür. 2 ay bu vəzifədə çalışdıqdan sonra Harun Məhəmməd oğlu Alqayev arzusunda olduğu xüsusi təyinatlı qüvvələrin heyətinə qoşulmuş və keçdiyi az bir müddətdə heyətində olduğu qurupun baş kəşfiyyatçısı vəzifəsini layiqincə yerinə yetirmişdir. 2020ci il sentiyabrın 27 başlayan döyüşlərdə döyüş tapşırığı alaraq tabeçiliyində olan öz qurupu ilə Kəlbəcər istiqamətində hücuma keçir, şiddətli döyüşlərdə düşmənin bir beteir tipli zirehli texnikasını və bir neçə əlavə texnikasını partlatmağı bacarırlar və düşmənin xeyli sayda itki verməsinə səbəb olurlar. Oktyabr ayının 4ü tapşırığı uğurla yerinə yetirib qayıdan qrup həmin ayın 6ı yeni tapşırıq alaraq Füzuli istiqamətində hücuma keçir. Füzulidə yüzdən artıq kəndin azad olunmasında bu qurupun çox böyük əməyi olmuşdur. Burda da düşməni darmadağın edə bilən qrup nəhayət ki, Hadrut yüksəkliyinə gəlib çatır. Burda düşmənin iki az saylı 10-15 nəfərlik qrupunu itkisiz zərərsizləşdirərək məhv etməyə nail olurlar və qarşıda bir təpədə yerləşərək düşmənin gizləndiyi təxminən 150-200 metirlik məsafədə olan tutduqları mövqeyə atəş açırlar və burda 2 gün çox çətin döyüşlər olur, bu ərazidə düşmənin təxmini 70-80 əsgərini məhv edirlər, ancaq bir şəhid verməklə…… Sonrakı gün həmin əraziyə yaxın olan düşmənin iki hərbi hissəsindən həyəcan siqnalı eşidilir və düşmən həmin əraziyə 150 nəfərdən yuxarı heyətini gətirir ,bütün təpələrə snayperləri yerləşdirirlər. Ancaq bu qrupun geri cekilmək niyyəti yox idi . Təəssüf ki, yenidən düşmən Harunun qurupunda olan bir zabitide ayağından vurmağa nail olur. Vurulan yaralı zabitimizə axşamdan səhərə qədər sistem qoyulur, ağrı kəsici vurulur ,bir dəfə şoka girsədə onu ayıltmağa nail olurlar, ancaq ikinci dəfə səhərə yaxın şoka düşən zabitimiz şəhid olur. Bu hadisə Haruna çox pis təsir edir və yoldaşları onun şəhid yoldaşının intiqamını almaq üçün tələsdiyini görür, yoldaşları ona ehtiyyatlı olmasını deyirlər. Harun isə onlara narahat olmayın deyir və yenidən öz atış mövqeyinə çıxır və düşmənə atəş açmağa başlayır elə bu zaman Harunun “ məni vurdular” deməsini eşidirlər. Öz kamandirləri tez onu aşağı daşısalarda görürlər ki, artıq gecdir… Eyni zamanda iki snayper onların can yoldaşını vurmuşdu. Çox çalışsalarda onu qurtara bilmirlər , şükürlər olsun ki, çox acı çəkmədən Harun Məhəmməd oğlu Alqayev şəhidlik zirvəsinə ucalır. Bax belə bizim Balakənimizin fəxri belə bir insan idi….
ALLAH RƏHMƏT ETSİN





