20 Yanvar faciəsindən sonra azğınlaşmış sovet ordusu Azərbaycanda təxribatlar törətmək üçün bölgələrə tanklar yeritdi. Cəlilabadda yanvarın 23-dən 24-nə keçən gecə kütləvi həbslər aparıldı, dinc insanlara divan tutuldu.
Hadisə şahidi Xeyrulla Şahbazov qeyd edib ki, Cəlilabada hücum olunacağı xəbərini eşidəndə əhali tədbir görməyə başlayıb:
“Minlərlə butulka hazırlandı ki, üzərimizə gələn tankların üstünə ataq”.
Cəlilabadda həmin vaxt 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı, onlardan 14 nəfəri əlil oldu.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az