Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
“Report” xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı qeyd olunan rayonların şəhidlərin xatirəsinə ucaldılmış komplekslər və abidələr ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb.
Anım mərasimləri zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğullarımızın məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Bütün rayonlarda saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Səhər saatlarından başlayan ziyarət qeyd olunan rayonların ictimaiyyət nümayəndələri tərəfindən günün sonunadək davam edib.
www.102info.az