Azərbaycanda toyda kütləvi dava: Ata və oğlunu döydülər

Cəmiyyət

Goranboy rayonunda kütləvi dava baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə Düzqışlaq kəndi ərazisində yerləşən şadlıq sarayında baş verib. 

Yanvarın 19-da şadlıq evində olan içkili olan şəxslər arasında dava düşüb. Nəticədə Kənan Məmmədov və bir qrup şəxs ata və oğulu döyərək, xəstəxanalıq ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, yanvar ayının 19-da Goranboy Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakinləri Rafiq Məmmədrzayev və övladı Eşqin Məmmədrzayevin rayon ərazisində Goranboy rayon sakini Kənan Məmmədov və bir qrup şəxs tərəfindən döyülməsi barədə məlumat daxil olub:

“Hazırda RPŞ-də digər şəxslərin müəyyən edilməsi və hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir