Naxçıvanda dövlət qurumunun əməkdaşının barmaqları amputasiya edildi

Cəmiyyət

Culfada usta iş vaxtı qəza nəticəsində xəsarət alıb.

APA xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” MMC-də çalışan 1991-ci il təvəllüdlü Culfa rayon Yaycı kənd sakini Şahin Həbibovun əli dəzgaha düşüb.

Şahin Həbibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib və sol əlinin barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az