20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
“20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, – deyə o qeyd edib.
DİN-in rəsmisi əlavə edib ki, Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib:
“Digərləri barədə araşdırmalar davam etdirilir”.
www.102info.az