Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.
Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əli qızı Əliyevanı vurub.
Qəza zamanı ağır bədən xəsarətləri alan Güləsər Əliyeva dünyasını dəyişib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az