Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilərin heç bir xərc çəkməmələri təklif edilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.
Layihədə bildirilir ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.
Qeyd olunur ki, Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.
Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunur.
Aqşin Kərimov
www.102info.az