Ötən il 251 kriminal qrup zərərsizləşdirilib – RƏSMİ

Cəmiyyət

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Nazirlikdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərkən deyib.

O bildirib ki, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd olunub ki, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib. 

www.102info.az