Xırdalanda azyaşlını avtomobil vurub

Cəmiyyət

Abşeron rayonu ərazisində yol qəzası zamanı 9 yaşlı uşağın ayağı sınıb.

APA xəbər verir ki, AAAF Park yaşayış kompleksinin ərazisində 01-BE-067 dövlət nişanlı VAZ-2106 markalı nəqliyyat vasitəsini idarə edən Soltanov Əvəz Əziz oğlu qarşısına çıxan 2014-cü il təvəllüdlü Əli Məmmədlini vurub. Azyaşlı sağ ayağın topuq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

www.102info.az

Spread the love