Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib.
Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması aşkarlanıb və oğurluq edən qadın izlənilib. Yanvarın 22-də həmin qadın yenidən marketdən iki kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.
İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
www.102info.az