“Hazırda qurumlar yeni iş sisteminə keçiblər, informasiya məkanında daim vətəndaşı ittiham etməklə özlərini haqlı çıxarmağa çalışırlar. Məsələn, hansısa informasiya məkanında eyni qurumdan olan 2 nəfərdən biri sual verir, biri cavab verir və sonda qurumu haqlı çıxarır”.
APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, İnsan hüquqları komitəsi vətəndaşların hüquqlarının bu cür qurumlar tərəfindən manipulyasiya edilməsinə imkan verməməlidir:
“Bu da insan hüquqları məsələsidir. Məsələn, dəm qazı problemi var, bunu misal kimi çəkirəm. Amma manipulyasiya siyasəti ilə seçilən belə qurumların sayı kifayət qədərdir, vətəndaşları günahkar çıxarmağa çalışırlar”.
www.102info.az