Ordubad rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, rayonun Kotam kəndi ərazisində 69-BB-442 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobillə 69-BC-192 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı maşın toqquşub.
“VAZ-2107” markalı avtomobilin sürücüsü Samir Seyidzadə bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az