Pandemiya yeni başladığı dövrdə bəzi jurnalistlərlə təlimlər keçirildi.
Bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, bu təlimləri davamlı etmək istədilər, lakin pandemiya gücləndiyi üçün buna imkan olmadı: “Əgər yenidən tələbat olarsa, bu təlimlər onlayn şəkildə tərtib olunacaq”.