“Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını artıq təsdiqləyib. Bu konsepsiya üzərində 1 aya yaxın iş görülüb”.
Oxu.Az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli mətbuata açıqlamasında deyib.
O, konsepsiyanın qəbul edilməsi münasibəti ilə hər kəsi təbrik edib:
“Xalqımızın dədə-baba yurduna qayıtması üçün ilk addımı atdıq. Son 200 il ərzində torpaqlarımız ermənilər tərəfindən dağıntılara məruz qalıb. Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın soydaşımız qovulub. Sonuncu deportasiya zamanı 200 məscid, 500-ə yaxın qəbiristanlıq ermənilər tərəfindən dağıdılıb. Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimiz həm beynəlxalq, həm də ölkədaxili hüquqa söykənir. Konsepsiya ilə bağlı istənilən suallar barədə ictimaiyyətə məlumat veriləcək”.
Könül Cəfərli
www.102info.az