Zərdab sakinlərindən qanunsuz silah-sursat götürüldü

Cəmiyyət

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Burunlu kənd sakinləri H.İsgəndərovdan və A.Rəhimovdan müvafiq sənədləri olmayan ov silahları aşkarlanaraq götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir