Lökbatanda 7 yaşlı uşağı avtomobil vuraraq qolunu sındırıb

Cəmiyyət

Bakının Qaradağ rayonunda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü S.Kərimlini vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir