Sabirabadın Ulacalı kəndində minik avtomobilinin ağaca çırpılması nəticəsində iki qardaş xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə zamanı rayonun Ulacalı kənd sakinləri, 1996-cı il təvəllüdlü Alışov Qurban İxtiyar oğlu və onun qardaşı, 1997-ci il təvəllüdlü Alışzadə Nurlan İxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Hər ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az