Kürdəmirdə iki avtomobil toqquşdu: Bir ailənin üç üzvü xəsarət aldı

Cəmiyyət

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində bir ailənin 3 üzvü xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai Elantra” və “Hyundai Santafe” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai Elantra”da olan bir ailənin üzvləri – Ağcabədi rayon sakinləri; sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və övladları – 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir