Ağdaşda beş yaşlı uşaq dərmandan zəhərləndi

Cəmiyyət

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Şəkili kəndində qeydə alınıb. Kənd sakini, 2018-ci il təvəllüdlü Nihad Mahmudov yaşadığı evdə nəzarətsiz qalıb və bir flakon dərman içib. Qəflətən halı pisləşən azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Mahmudovun həyatı xilas olunub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir