STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir

Cəmiyyət

Bakı Limanının da dəstəyi ilə STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir. 

Oxu.Az-ın məlumatına görə, Bakı Dəniz Vağzalının binasında yerləşən Liman İncəsənət Mərkəzində açılışı baş tutan “Qadınlar STEM”də adlı festival 2 gün boyunca davam edəcək.

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə keçirilən festivalda önəmli ictimai xadimlərin və STEM mütəxəssislərinin çıxışları olacaq, tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunacaq.

Qeyd edək ki, STEM – Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb. Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd qoyublar! Festivalın qapıları hər kəs üçün açıqdır.

Spikerlərin siyahısı: http://bit.ly/3R6j0vV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir