Sumqayıtda idarənin anbarından oğurluq olub

Cəmiyyət

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən idarələrdən birinin anbarından 2158 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Rəşad Adıgözəlov və əvvəllər məhkum olunmuş Zaur Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir