Goranboyda minik maşını mikroavtobusla toqquşub, xəsarət alan var – FOTO

Cəmiyyət

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik maşını ilə “Mersedes-Vito” markalı mikroavtobus toqquşub.

Qəza zamanı 1983-cü il təvəllüdlü Vüsal Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir