Rusiyada işləyən Oğuz rayon sakini özünü öldürüb.
“Report”un məlumatına görə, hadisə Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verib.
Belə ki, Oğuz rayon Bucaq kənd sakini, 1988-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Məmmədov Dağıstan Respublikasının Mahaçqala şəhərində özünü asaraq intihar edib.
Qeyd edək ki, 35 yaşlı Ş.Məmmədov ailə olub, uzun müddət Dağıstanda işləyib.
www.102info.az