Beyləqanda maşın su kanalına aşıb: İki nəfər ölüb, bir nəfər yaralanıb – FOTO

Cəmiyyət

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50-BT-575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2-si ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir